Sürücülərin diqqətinə: cərimələr artırılır

Sürücülərin diqqətinə:


Yol hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin cəriməsi artırılır.

"Xezerxeber" xəbər verir ki, yol qəzası törədib hadisə yerindən qaçan sürücülər qəzanın cəzasından əlavə, 100 manat cərimə də ödəyəcəklər. Bu, mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə nəzərdə tutulub.

Ekspert Ərşad Hüseynov deyir ki, dəyişiklik avtomobil sahibinin məsuliyyətini artıracaq. Maddi ziyanla nəticələn qəzada sürücü hadisə yerindən qaçır. Bu zaman avtomobil sahibi 2 qat ziyana düşür.

Dəyişiklik yalnız təqsirkar və hadisə yerindən qaçan sürücülərə şamildir. Yəni yol hərəkət qaydalarını pozan və yol polisinin dayan əmrinə tabe olmayan sürücülər əvvəlki qaydada, yəni 80 manat ödəyəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1081 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...