Hicran Hüseynova: "Rayonlarda suyu şırhaşır açırlar, maddi cəhətdən çətinlik yaratsaydı, düşünərdilər..."
"Cəmiyyətimizdə ekologiya mədəniyyəti düzəlməlidir. Əks halda, problemlə rastlaşacağıq".
Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfransda deyib.
"Təkmil qanunvericiliyimiz mövcuddur, amma hələ də icra edə bilmirik. Çünki əhali bunu qəbul etmir. Deməli, maarifləndirmə işləri gücləndirilməlidir. Rayonlarda görürsən ki, suyu şırhaşır açırlar. Bir tərəfdən isə deyirik ki, su qıtlığı var, digər tərəfdən də belə edirlər. Məişətdə hansısa qadın sudan istifadə edir, halbuki evlərdə sayğaclar var, fikirləşmirlər ki, suyu açdımsa, bağlamalıyam. Maddi cəhətdən problem yaratsaydı, su israfını düşünərdilər. Çağırış etmirəm ki, qiyməti qaldıraq. Sadəcə, maarifləndirmə lazımdır. Ölkədə bu məsələyə ciddi diqqət var. Xüsusi istiqamət təyin olunub", - o bildirib.
357 dəfə oxundu