"Bəzi şəxslər yol polisinin işinə kölgə salmaq istəyir"

"Bəzi şəxslər yol polisinin işinə kölgə salmaq istəyir"


Bu xəbərin yayılması bəzi şəxslərin yol polisinin işinə kölgə salmaq istəyidir"
Son zamanlar sosial şəbəkələrdə yol polisinin sürücüləri saxta alkotesterlə yoxlaması ilə bağlı iddialar gündəmə gəlib.

GUNDEMİNFO.AZ xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov atv.az-a açıqlama verib: “Bu xəbərin yayılması bəzi şəxslərin yol polisinin işinə kölgə salmaq istəyidir. Bu gün inkişaf etmiş bir ölkədə bütün standartların tələbinə cavab verən və müasir texniki avadanlıqla təchiz edilmiş bir idarə haqqında kiminsə belə iddialar irəli sürməsi, yazması nə qədər doğrudur? Alkotesterlərin saxta olmadığını bilmək üçün inspektorlara müraciət etməklə, onlarda olan texniki vasitələri görə bilərsiniz. Ya da bizim idarəyə müraciət edib öyrənə bilərsiniz, bu alkotesterlər haradan gətirilir, necə istifadə olunur. Onda bir daha şahidi olarsınız ki, bu deyilənlər cəfəngiyyatdır.

Bu gün avtomobillərin sərxoş sürücülər tərəfindən idarə olunması ilə bağlı informasiya yaydım. Təxminən, 1000-dən artıq spirtli içkinin təsiri altında avtomobil idarə edənlər aşkarlanıb. Onların hər birinin tibbi müayinədən keçməsi təmin edilib. Həmin şəxslərin öz dili ilə desək, onlar həqiqətən də spirtli içkinin təsiri ilə avtomobil idarə etdikləri üçün əməkdaşlarımız tərəfindən saxlanılıb və qanunvericilikdə nəzərdə tutulduğu kimi də sənədləşdirilib. Çox təəssüflər olsun ki, bu gün heç bir araşdırma aparmadan yayılmış informasiya geniş rezonans doğurur. Bu da istər-istəməz narahatlıq doğurur. Bu yolverilməzdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...