Qanunsuz ov edən 48 nəfər saxlanılıb, onlardan 43 ov tüfəngi götürülüb

Qanunsuz ov edən 48 nəfər saxlanılıb, onlardan 43 ov tüfəngi götürülüb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində növbəti reydlər keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, yanvar ayında keçirilən reydlər zamanı qanunsuz ov etməyə cəhd edən 48 nəfər saxlanılıb. Onlardan 43 ədəd ov tüfəngi və 202 ədəd patron maddi sübut kimi götürülüb.

41 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq hər biri 1000 manat olmaqla, ümumilikdə 41000 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 7 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.

Nazirlikdən bildiriblər ki, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1015 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...