Valyuta ehtiyatlarının ərimə dinamikası - SİYAHI
Səkkiz il öncə, 2008-ci il martın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 13,6 milyon dollar olub. Hazırda Mərkəzi Bankın hesabındakı ehtiyat həmin məbləğdən 13 milyon dollar çoxdur.
Mərkəzi Bankın rəsmi hesabatına görə, martın 1-nə valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollardır. Transparency.az bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyard 978,1 milyon dollar azdır. 2015-ci il martın 1-nə ehtiyatların həcmi 11 milyard 4,4 milyon dollar olub.
Dinamikaya nəzər salanda ötən il aprelin 1-nə valyuta ehtiyatlarının 9 milyard 472,1 milyon dollara, mayın 1-nə 8 milyard 387,9 milyon dollara endiyi görünür. Sonrakı aylarda ehtiyatların həcmi belə dəyişib:
1 iyun 2015 – 8 milyard 430,8 milyon dollar
1 iyul 2015 – 8 milyard 520,2 milyon dollar
1 avqust 2015 – 8 milyard 501,5 milyon dollar
1 sentyabr 2015 – 7 milyard 315,4 milyon dollar
1 oktyabr 2015 – 7 milyard 14,7 milyon dollar
1 noyabr 2015 – 6 milyard 834,6 milyon dollar
1 dekabr 2015 – 6 milyard 245,6 milyon dollar
1 yanvar 2016 – 5 milyard 16,7 milyon dollar
1 fevral 2016 – 4 milyard 398,5 milyon dollar.
Son bir il iki ayda Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda 1 ABŞ dollarının rəsmi kursu 1,6105 manatdır. Manatın kursunu sabit saxlamağa bu il Mərkəzi Bank 685 milyon 488 min ABŞ dolları xərcləyib.
831 dəfə oxundu