Qaradağın Çeyildağ qəsəbəsində xalça sexinin açılışı - FOTOLAR

Qaradağın Çeyildağ qəsəbəsində xalça sexinin açılışı -


Martın 15-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Çeyildağ qəsəbəsində xalça sexinin açılışında iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin ölkədə ciddi iqtisadi islahatlar ilinə çevrilməsi, sahibkarlığın inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsi, işsizlik probleminin aradan qaldırılması, qeyri məşğul əhalinin yeni iş yerlərinə cəlb edilməsi və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında mühüm vəzifə və tapşırıqlar qoyulmuşdur. Dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası istiqamətində ötən müddət ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Həyata keçirilmiş tapşırıqların davamı olaraq 15 mart 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Çeyildağ qəsəbəsində yeni xalça sexinin açılışında iştirak etdi.

Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər. Çeyildağ qəsəbəsi Qaradağ rayonun ən ucqar qəsəbəsidir. Qəsəbə sakinlərin işsizlik probleminin aradan qaldırılması, evdar xanımların məşğulluq səviyyəsinin artırılması və işlə təmin olunması rayon üçün böyük bir nailiyyətdir. Cəmi 1112 nəfər əhalisi olan və ən yaxın yaşayış məntəqəsi olan Sanqaçal qəsəbəsindən 60 km uzaqlıqda yerləşən Çeyildağ qəsəbəsi bu gün kommunal xidmətlərlə təchiz olunmuşdur. Qaz, su və elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşlar.

Sakinlərin hələ də mövcud olan problemlərin aradan qaldırılmasına dair müraciətlərinin müsbət həllinə məsul olan icraçılar müəyyənləşdirildi və onlara konkret tapşırıqlar verildi, sakinlərə qaldırılmış məsələlərin qısa müddətdə öz həllini tapacağı bildirildi.

Açılış mərasimində iştirak edən qəsəbə sakinləri, ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.

Çıxış edən sakinlər qəsəbənin ictimaiyyəti adından xalça sexinin açılışına və burada yeni iş yerlərinin yaradılmasına görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını çatdırdılar.


Qaradağın Çeyildağ qəsəbəsində xalça sexinin açılışı -
Qaradağın Çeyildağ qəsəbəsində xalça sexinin açılışı -
Qaradağın Çeyildağ qəsəbəsində xalça sexinin açılışı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...