Ermənistan tərəfə keçən qadının fotosu yayılıb FOTOLAR
İyunun 7-də Ermənistan tərəfə keçdiyi bildirilən Gədəbəy rayonunun Çiçəkli kənd sakini Qətibə Ələkbərova ruhi xəstə olduğu dəqiqləşib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Q. Ələkbərovanın anası Kübra Ələkbərova bildirib ki, qızı bir neçə dəfə evdən qaçıb. Onun sözlərinə görə, qızı bir neçə gün əvvəl Qazaxda müalicə aldığı xəstəxanaya gedəcəyini deyib.
Ailə üzvlərinin dediyinə görə, Q. Ələkbərovanın Ermənistan tərəfə keçməsi xəbərini rəsmi qurumlardan öyrəniblər. Qeyd edək ki, Q. Ələkbərova Qazaxda ruhi xəstəxanada müalicə alan ailənin tək övladı olmayıb. Onun bacısı da ruhi xəstəlikdən əziyyət çəkir. Bir qardaşı isə Qazaxda olan xəstəxanada müalicə alarkən dünyasını dəyişib. 9 uşaqlı ailədə böyüyən 1977-ci il təvəllüdlü Q. Ələkbərova təxminən 4 gün əvvəl səhər saatlarında yaşadığı evi tərk edib.
Qeyd edək ki, hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə məlumatlandırılıb. Lakin Tovuz rayon Polis Şöbəsindən eləcə də icra orqanlarından APA-nın qərb bürosuna bildirilib ki, Yanıqlı kəndində Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxs yaşamayıb.
845 dəfə oxundu