Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir

Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir


Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, körpə Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdiriləcək. Ölən iki körpənin meyitlərinin də müayinə üçün Bakıya yola salındığı bildirilib. Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.

Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov isə APA-ya bildirib ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar hamiləliyin 31-ci həftəsində, yəni vaxtından əvvəl dünyaya gəlib. Ölən körpələrin çəkisi 1,1 və 1,305 kiloqram olub. Körpələrin doğuşdan 30 dəqiqə sonra öldüyü bildirilib. Sağ qalan körpənin çəkisi isə 1,250 kiloqramdır.

Səhiyyə Nazirliyi də Salyanda doğulan üçəmlərdən ikisinin ölümü faktına münasibət bildirib. Doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyi, uşaqların çəkisinin çox az olduğu açıqlanıb. Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara gəlincə, nazirlikdən bunun əsassız olduğu bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...