Sabirabadlı yeniyetmə-gənclər Şuranın dəstəyilə Qubaya səfər ediblər

Sabirabadlı yeniyetmə-gənclər Şuranın dəstəyilə Qubaya səfər ediblər


“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yurdumun Gözəlliyi Gənclərin Gözü İlə!” layihəsini davam etdirir. İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində Sabirabad rayonundan olan aztəminatlı yeniyetmə və gənclər bu dəfə Quba rayonunda olublar.

İlk olaraq iştirakçılar Heydər Əliyev Mərkəzinə səfər ediblər. Onlar Mərkəzdəki eksponatlarla tanış olub, muzeyə tamaşa ediblər. Onları maraqlandıran suallarla muzey işçilərinə müraciət ediblər.

Sonra Quba Gənclər Mərkəzində olan qonaqlar orada gənclər üçün yaradılan şəraitlə yaxından tanış olublar, stolüstü oyunlar oynayıblar.

Quba soyqırımı məzarlığını ziyarət edən gənclər ermənilərin törətdikləri vəhşiliklər barədə bir daha məlumatlandırılıblar.
Qəçrəşdə yerləşən istirahət mərkəzinə səfər də iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, GSTM İB-nin həyata keçirdiyi “Yurdumun Gözəlliyi Gənclərin Gözü İlə!” layihəsinin başlıca məqsədi Sabirabad rayonundan olan aztəminatlı yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Xatırladaq ki, layihə iştirakçılarının ilk səfəri paytaxt Bakıya olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...