İstanbuldakı terrorda ölənlərin sayı 43-ə çatıb

İstanbuldakı terrorda ölənlərin sayı 43-ə çatıb


İstanbulun Atatürk hava limanında törədilən terror aktları zamanı ölənlərin sayı artıb. AzVision.az xəbər verir ki, şəhər məhkəmə-tibbi ekspertizasından “Haber 7” kanalına verilən xəbərə görə, ölənlərin sayı 43 nəfərə çatıb. Qeyd olunub ki, ölənlərdən yalnız 39 nəfərinin kimliyi müəyyən edilib.

“Milliyet” qəzeti isə bildirib ki, ölənlərdən 6 nəfərin əcnəbi olduğu dəqiqləşib. Əcnəbilərdən 4-ü Səudiyyə Ərəbistanı, 1-i Ukrayna, 1-i isə İran vətəndaşıdır. Xatırldaq ki, bundan öncə ölənlərin sayının 36 nəfər olduğu deyilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...