Qaradağ rayon ictimaiyyəti terrora qarşı - FOTOLAR

Qaradağ rayon ictimaiyyəti terrora qarşı -


İyun ayının 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında həyata keçirilən mənfur terror aktı nəticəsində 41 nəfərin ölümü, 200 nəfərdən çox insanın yaralanması ilə nəticələnən hadisə ilə bağlı Qaradağ rayon ictimaiyyəti Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi qarşısında yığışaraq qardaş xalqla həmrəylik nümayiş etdiriblər.

Aksiyada terror zamanı həlak olanların xatirəsi yad edilmiş, yaralananlara şəfalar dilənmişdir. Qaradağ rayon ictimaiyyətinin fəal nümayəndələri terror aktını pisləyən şüarlar səsləndirmiş, Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu bildiriblər.

Daha sonra Qaradağ rayon ictimaiyyəti adından səfirliyin qarşısına gül dəstələri düzülmüşdür. Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinə məxsus kitabda Qaradağ rayon ictimaiyyəti adından ürək sözləri yazılmışdır.

Qaradağ rayon ictimaiyyəti terrora qarşı -
Qaradağ rayon ictimaiyyəti terrora qarşı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...