Ölkənin şimalında "Sərhəd sipər" əməliyyatı başlayır

Ölkənin şimalında "Sərhəd sipər" əməliyyatı başlayır


Əməliyyatlar Rusiya DİN-in birgə əməkdaşlığı ilə start götürüb

Bu gündən Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya DİN-lə birgə keçirdiyi ənənəvi "Sərhəd-sipər" əməliyyatına start verilir.

İstiPress-in şimal bürosunun məlumatına görə, əməliyyatlar Azərbaycanın Rusiya ilə sərhədində yerləşən şimal və simal-qərb rayonlarında, eyni zamanda Rusiyanın Azərbaycanla sərhəd rayonlarında aparılır. Şimalda -Qusar, Xaçmaz rayonlarının sərhədyanı ərazilərində polis postları yaradılır. Məqsəd 2 qonşu ölkənin DİN-ləri arasında birgə əməkdaşlığa dair bağlanmış sazişə əsasən mütəşəkkil cinayətkarlığa, narkobiznesə, terrorizmə, qaçaqmalçılığa qarşı mübarizəni gücləndirməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...