"Bakı Metropoliteni" nizamnamə kapitalını 207,5 mln. manat artırıb

"Bakı Metropoliteni" nizamnamə kapitalını 207,5 mln. manat artırıb


2016-cı ildə "Bakı Metropoliteni" QSC-nin aktivləri 2 mlrd. 335,599 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 4,89% və ya 108,828 mln. manat çoxdur. "APA-Economics" xəbər verir ki, bu barədə dövlət şirkətinin maliyyə hesabatında deyilir.

Aktivlərin 2 mlrd. 245,605 mln. manatı uzunmüddətli, 89,994 mln. manatı isə qısamüddətlidir.

Uzunmüddətli aktivlərin mütləq əksəriyyəti - 2 mlrd. 230,824 mln. manatı torpaq, tikili və avadanlıqların payına düşür.

Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada ehtiyatların payı 41,118 mln. manat, pul vəsaitləri və onların ekvivalentlərinin payı 21,875 mln. manat, sair qısamüddətli aktivlərin payı isə 27 mln. manat təşkil edir.

Dövlət müəssisəsi ötən öhdəliklərini kəskin azaldıb. Belə ki, 2017-ci ilin əvvəlinə QSC-nin öhdəlikləri 64,52 mln. manat olub ki, bu da ötən il ərzində 32,03% və ya 30 mln. 398,851 min manat azalmadan xəbər verir. Öhdəliklərin 48 mln. 98,797 min manatı qısamüddətli, 16 mln. 421,251 min manatı isə uzunmüddətlidir. "Bakı Metropoliteni"nin qısamüddətli kreditor borcları 23,511 mln. manat təşkil edir.

QSC ötən il ərzində nizamnamə kapitalını 8,74% və ya 207,5 mln. manat artaraq 2 mlrd. 580 mln. 638,397 min manata çatıb. Bununla yanaşı, cəmi kapital 6,53% və ya 139,227 mln. manat artaraq 2 mlrd. 271 mln. 79,434 min manat təşkil edib.

Ötən il dövlət büdcəsindən "Bakı Metropoliteni"nə 78 mln. 695 min 536,58 manat məbləğində subsidiya ayrılıb ki, bu da 2015-ci ilin göstəricisinə bərabərdir. Ötən il şirkət sərnişindaşımadan 42 mln. 261 min 640,2 min manat gəlir əldə edib ki, bu da 2015-ci illə müqayisədə 1,73% və ya 743,68 min manat azdır.

Hesabat dövründə dövlət müəssisəsinin məzənnə fərqindən 2 mln. 771 min 683,43 manat əlavə xərci yaranıb.

QSC ötən ili 78 mln. 695 min 536,58 manat zərərlə başa vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...