Əsəbi idim, şüurlu olaraq etmədim… - Arda Turan

Əsəbi idim, şüurlu olaraq etmədim… -


Mənimki şərəfli, qarşı tərəfinki isə qürursuz səhvdir. Kiminsə arxasından danışmadım, üzünə dedim. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənə telefonda, “əsəbi idim, sizə qarşı şüurlu olaraq söyüş söymədim” dedim.

Axar.az xəbər verir ki, bu baradə Türkiyə Milli Komandasından uzaqlaşan tanınmış futbolçu Arda Turan danışıb.

Onun sözlərinə görə, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən jurnalist Bilal Meşəyə hücum edəndən sonra ona “sən çıx üzr istə, biz həll edərik” deyib. Arda Turan isə “üzr istəməkdənsə, getmək daha yaxşıdır” - deyə bildirib.

Qeyd edək ki, jurnalist Bilal Meşəni təhqir etdiyi üçün baş məşqçi Fatih Terim tərəfindən təlim-məşq toplantısından kənarlaşdırılan Türkiyə millisinin hücumçusu Arda Turan yığma komandadan uzaqlaşdığını bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...