Azərbaycanda kolleclərə qəbul planı azaldılıb
Azərbaycanda 9 ilik təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu üçün ayrılan plan yerlərinin sayı azalıb.
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Komissiya sədri qeyd edib ki, 2014-cü ildə 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı 9 601 olub. Bu il həmin rəqəm 8 928 olub və beləliklə də plan yerlərinin sayı 700 yer azalıb.
M.Abbaszadə qeyd edib ki, ötən il Azərbaycan bölməsi üzrə ayrılan plan yerlərinin sayı 8 871 yer idisə, bu il həmin yerlərin sayı 8 219 yer olub. Rus bölməsi üzrə keçən il 215 plan yeri ayrıldığı halda, bu il onların sayı 190 olub. Birgə müsabiqə üzrə ayrılan yerlərin sayı keçən il 515 idisə, bu il həmin yerlərin sayı 519 olub.
M.Abbaszadə deyib ki, mayın 1-dən 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb. Bu gün saat 10-a kimi 1 343 nəfər ərizələrini təsdiq etdirib. Onlardan 1 309 nəfəri ərizəsini özü, cüzi hissəsi isə ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiqləyib.
1860 dəfə oxundu