Azərbaycanın bəzi yerlərində sulu qar, qar yağacaq, duman olacaq

Azərbaycanın bəzi yerlərində sulu qar, qar yağacaq, duman olacaq


Bakı və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın bəzi yerlərində yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...