Mərkəzi Bankdan təkzib gəldi məzənnə sabitdir

Mərkəzi Bankdan təkzib gəldi


Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın məzənnəsinə təsiri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

GUNDEMİNFO.AZ yazır ki, bankdan yayılan açıqlamada bildirilir: “Azərbaycan Respublikası Mərkəzi Bankının Mətbuat Xidmətinə daxil olmuş sorğular ilə bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1082 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...