Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səsi tam batdı

Xərçəngdən əziyyət çəkən Əməkdar artistin səsi tam batdı

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) səsi batıb.

Bu barədə Qaynarinfo-ya aktrisanın özü məlumat verib. O, səsini tamamilə itirdiyini bildirib:

"Evdə müalicə alıram, amma hər dəqiqə həkimlərimin nəzarətindəyəm. Yanvar ayının 5-ni gözləyirik. 6 həftə tamam olacaq, ondan sonra analizlərin cavabını alacağıq və mövcud durum ondan sonra həkimlər tərəfindən dəyərləndiriləcək”.

Tünzalə Əliyeva heç bir sənət yoldaşından dəstək istəmədiyini qeyd edib.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyevanın beynində şiş aşkarlanıb. Hazırda onun müalicəsi üçün həddindən artıq baha olan "ağıllı” dərmanlardan istifadə olduğunu bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...