“Mən birbaşa nazirə yazacağam” – Elçin Əlibəylini arvadı döyüb?

“Mən birbaşa nazirə yazacağam” –

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb.
Məsələ ilə bağlı E.Əlibəyli ilə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında məlumatın yalan olduğunu bildirib:


“Vallah, mən özüm evimin içində oturmuşam, həyat yoldaşım da Türkiyədədir. İndi mən bunu mətbuata açıqlamaq istəmirəm, amma deyəsən, mən birbaşa nazirə yazacağam. Görüm polis kimə, kim polisə işləyir. Bu məlumatları indiyə qədər mətbuata sızdıran adamları bir-bir çağırtdıracağam və cinayət məsuliyyətinə cəlb etdirəcəyəm. İndiyə qədər mən düşünürdüm ki, fikir verməyim. Birinə, iksinə fikir vermədikcə deyəsən, bunlar çaşırlar".

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

"Yeni Sabah" bildirir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
918 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...