Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar danışdı - Görün hansı şirkətin sahibi imiş

Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar danışdı -


Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub.
“Yeni Sabah” xəbər verir ki, Nigar Məmmədova “Boomerang Label” adlı şirkətin sahibidir. Türk mediasında isə B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.

Məsələ ilə bağlı Axşam.az-a danışan Nigar Məmmədova zinət əşyasının qiyməti haqda məlumat verməyib: “Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, N. Məmmədovanın B.Ərsoya hədiyyə etdiyi üzük brilyant və safirdən ibarət olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...