“Xatirənin əri daha yaxşı xanıma layiqdir” - Vasif Məhərrəmli

“Xatirənin əri daha yaxşı xanıma layiqdir” -

“Xatirə ilə dostuq. Aramızda ancaq dostluq münasibətləri var. Mən də ailəliyəm. Demirəm aydan arı, sudan duruyam. Amma evliyəm. Xatirə də ailəlidir, gözəl həyat yoldaşı var”.

Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli lent.az-a müsahibəsində deyib.

O, duet ortağı Xatirə İslamın ailəsindən söz açıb. Vasif bildirib ki, həmkarının həyat yoldaşı Fəxrəddin bəylə dostdur:

“Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin. Ona hər zaman bu barədə bəxtəvərlik verirəm. Deyirəm, get gecə-gündüz dua et ki, qarşına belə insan çıxıb: saf, təmiz, ağıllı, savadlı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...