“Oturduğumuz yerdə xalq cibimizə pul qoymayıb” – Xatirə əsəbləşdi

“Oturduğumuz yerdə xalq cibimizə pul qoymayıb” –

Müğənni Xatirə İslam yoxsul ailələrə yardım edən sənət adamlarıyla bağlı yazılan mənfi rəylərdən gileylənib.

Yenisabah.az xəbər verir ki, bu haqda ifaçı ATV telekanalında qonaq olduğu "Bizimləsən" proqramında danışıb: "Sosial şəbəkələrdə yazılan mənfi rəylər insanın qəlbinə dəyir. Ədalət Şükürov demiş, heç kim pulu elə-belə gətirib cibimizə qoymayıb. Biz də əziyyət çəkmişik! Bu gün yediyimiz çörək zəhmətimizin bəhrəsidir. Həmin çörəkdən bir tikə kiməsə veririksə, bu, bizim vicdanımızdan irəli gəlir".

İfaçı dar gündə sənət adamlarının xalqa yardım etdiyini vurğulayıb: "Elə şeylər yazırlar ki... “Hər şeyi sizə xalq edib” deyirlər. Oturduğumuz yerdə xalq bizim cibimizə pul qoymayıb. Amma xalqın pis günündə ancaq sənət adamları küçələrə düşdü”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1038 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...