“Fəxr etsinlər ki, mənim paltarlarımı geyinirlər” - Ədalət Şükürov

 “Fəxr etsinlər ki, mənim paltarlarımı geyinirlər” -

“Karantində bağda da, evdə də çoxlu iş gördüm. Dolablarda lazımsız əşyalar, geyimlər var idi. Bir az təmizləmə işləri apardım. Başımı karantində bu işlərlə qatdım”.

Oxu.Az xəbər verir ki, bunu Əməkdar artist Ədalət Şükürov “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda deyib.

Sənətçi geyinmədiyi paltarlarını qohumlarına verdiyini açıqlayıb: “Həyat yoldaşım geyinmədiyim paltarlarımı ütüləyir, səliqəli şəkildə yığır. Mən də onları dostlarıma verirəm. Qoy, onlar fəxr etsinlər ki, mənim paltarlarımı geyinirlər. Yaxşı adamın paltarını geyinəndə özün də yaxşı olursan.

Elə müğənnilər tanıyıram ki, öz paltarlarını heç kimə vermir, saxlayır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...