“Mən 300-500 manatdan aşağı yardım etmirəm” - Manaf Ağayev

“Mən 300-500 manatdan aşağı yardım etmirəm” -


Şou-biznesin ən zəngin məşhurlarından olan Manaf Ağayev yardım əli uzatdığı şəxsin onun haqqında yalan məlumat yaydığını bildirib.

Gundeminfo.az-ın xəbərinə görə, ATV telekanalında yayımlanan “Ulduzlu yayım” proqramının qonağı olan ifaçı heç kəsə 50 manatlıq yardım etmədiyini deyib: “Bir şəxsə yardım əlimi uzatmışam, hər yerdə deyir ki, “Manaf Ağayev 50 manat pul verib”. Ayıbdır! Manaf kiməsə ya yardım etmir, ya da edirsə, 50 yox, 300-500 manat pul verir. Bu kimi söhbətlər mənim ağrılı yerimdir”.

Bu açıqlamadan sonra aktyor Sərxan Kərəmoğlu sənət dostuna sosial şəbəkədən dəstək olub: “Nə qədər çörək itirən olmalısan ki, Manafın etdiyini danasan. Manafın biznesi yoxdur, o, alın təri ilə qazanır. Sağlamlığını itirib, o adam neçə ildir dava-dərmanla, müalicə ilə ayaqda qalaraq köməklik etməkdən imtina etmir. Manafa demişik ki, kimsəyə acıma, zatən əlinin duzu yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...