“Evimi satıb, marsa köçəcəm” – Tanınmış aparıcı
"Düşünürəm ki, aldığın hansısa travmadan sonra feminist olursan".
Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova İTV-də yayımlanan "Popumuz var" layihəsində deyib. Kişi-qadın münasibətlərindən söz açan aparıcı füminist olmadığını bildirib:
"Feminist deyiləm. Hərdən fikirləşirəm ki, niyə? O qədər firəvan ailədə böyümüşəm, ətrafımda güclü kişilər olub ki... Yəqin belə problemlər yaşamadığım üçün. Heç vaxt kişi zorakılığı, gücü görməmişəm. Nənəmlə babamın yanında böyümüşəm. Çox mehriban olublar. Bizim ailədə baba-ata öndə olub. Mənim üçün kişi-qadın bərabərliyi hörmətdir. Qadın kişiyə, kişi qadına hörmət etməlidir. Bu olandan sonra nə fərqi kim yuxarıdadır, kim aşağıda".
O, həmçinin Bakıda xanımların keçirdiyi mitinqə də münasibət bildirib:
"Bu, gənclərin etiraz etmə hüquqlarından istifadə etməkdir. Mənim ailəmdə olmasa da, ölkədə zorakılıq çoxdur. Amma bu imkanım olsaydı, ondan yaxşı istifadə edərdim. Onların mitinqinin isə sədası yaxşı olmadı".
Aparıcı Marsa köçmək arzusundan bəhs edib:
"Planlarımı danışım. Hamı mənə güləcək, amma Marsa köçəcəm. Təxminən 35-40 ilə ora uçacaqlar. 35-40 ilə 60-dan çox yaşım olacaq. Yer kürəsində qalmağın mənası yoxdur. Gedib oranı görərəm. İndi 500 min dollardır. İndi getmək istəyənlərin sayı çox olduğu üçün qiymət düşəcək. Evimi satsam, 150 minim olar. Gedib Marsı görəcəm, hətta özümə də pul qalacaq".
1079 dəfə oxundu