“Yadımdan çıxdı ki, mən qoca kişiyəm” – Şeyx Əbdül

“Yadımdan çıxdı ki, mən qoca kişiyəm” –

“Artıq üç aydır ki, ev şəraitində müalicə olunuram. Üstəlik yaş da var, 77 ilin əzab-əziyyətləri yavaş-yavaş özünü göstərir”.

Bu sözləri Unikal.org-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Aktyor və rejissor gənclik illərində keçirdiyi mədə əməliyyatlarının mənfi təsirlərini son zamanlar daha çox hiss etdiyindən şikayətlənib:

“Qocalığı yola verirəm, üstəlik də xəstəlik, nasazlığım var. Mən gəncliyimdə mədəmlə bağlı 3-4 dəfə ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Cavan, enerjili vaxtlarımda bir o qədər də özünü büruzə vermirdi, indi oturaq vəziyyətdə hər xırda detal köhnə xəstəliklərimi üzə çıxarır.

4-5 gün bundan qabaq Şamaxıda idi. Alim Qasımovla bağlı verilişlərin birində yadımdan çıxdı ki, qoca kişiyəm, dostlarla birgə bulaq başına getdim. Orada özümü soyuğa vermişəm, indi də köhnə xəstəliklərim bir-bir üzə çıxır. Ev şəraitində müalicə olunuram, xəstəxanalıq vəziyyət deyil. Çünki məndə nə təzyiq var, nə də hərarət, şükür sağalmağa doğru gedirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...