“Mənə ancaq varlılar yazsın” - Nura Suri

“Mənə ancaq varlılar yazsın” -


“Gələn ilə sifariş götürəcəm. Bahalı olacaq. Sifariş üçün varlılar yazsın”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri yeni biznesi barədə sosial şəbəkədə yazaraq bildirib.

Sənətçi efir yağlarının satışına başlayacağını qeyd edib. Bu yağları o özü hazırladığını da bildirib:

“Karantin təzə başlayanda evdən çıxmırdım, boş qalmayım deyə özüm bitki yağı düzəltmək qərarına gəldim.1 litr yağ hazırlamaq üçün 1-2 ay vaxtım getdi və 10 kq, bəlkə də daha çox gül istifadə etdim. Bədənimə krem əvəzi istifadə edirəm, dərim olub uşaq dərisi. Heç bir bahalı krem belə nəticə verə bilməz, həm də müalicəvidir”.

Qeyd edək ki, müğənni ötən ay yeni işə başlayıb. O, “DCS MMC” Şirkətində Reklam Və İctimai Əlaqələr Şöbəsinin Müdiri vəzifəsinə təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...