“Oğlum 5 ildir rus sevgilisi ilə yaşayır" - Nura Suri

“Oğlum 5 ildir rus sevgilisi ilə yaşayır" -
"Tanıdığım müğənnilər ev-eşiyini satıb. Bir xanım ifaçı var ki, pandemiya dövründə krediti ödəyə bilmədi, evini satdı, daha balacasını aldı. Evin təmiri üçün də avtomobilini satışa çıxarıb”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri proqramların birində qonaq olarkən deyib.
Daha sonra sənətçi Los-Ancelesdə yaşayan oğlu Xosrovun rus əsilli qızla yaşadığını söyləyib:

“Oğlum evlənmiş kimidir, 5 ildir bir evdə yaşayırlar. Hələ də oğlumun həyatından çıxmayıb. Onlar Londonda tanış olub, Los-Ancelesdə yaşayırlar. Qızı milliyyətinə görə qəbul etmirəm. Mənim üçün insan insandır. Amma o qızı qəbul edə bilmirəm. Çünki oğluma münasibəti xoşuma gəlmir. Oğluma hörmət edirəm, qərarı özü verib. Onu özüm belə böyütmüşəm, azadlığını əlindən almıram”.

Qeyd edək ki, Nura Surinin 3 oğlu var. O, daha öncə oğlu ilə küsülü olduğunu demişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...