“Keçmiş sevgililərimin hamısı məni dəli hesab edir“ - Selena Qomes

“Keçmiş sevgililərimin hamısı məni dəli hesab edir“ -


28 yaşlı Selena Qomes "YouTube"da makiyajları ilə məşhur olan Nikki de Yaqerin qonağı olub.

Yenisabah.az verir ki, müğənni şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb. O qeyd edib ki, karantin günlərində münasibət qurmaqda çətinlik çəkib.

"Çox çətin idi. Bunu fanatlar səhv anlamasınlar. Elə düşünülməsin ki, sevgili tapmaq üçün alışıb-yanıram. Bunu nəzərdə tutmurdum. Oğlanlarla münasibət çox çətindir. Keçmiş sevgililərimin hamısı məni dəli hesab edir. Amma onların nə düşündüyü vecimə deyil" deyə, Selena bildirib.

Qeyd edək ki, Qomezin ən uzunmüddətli münasibəti müğənni castin Biberlə olub. Onlar 2010-cu ildən eşq yaşayırlar. 2018-ci ilin martında isə ayrılıblar.

Axşam.az yazır ki, Castinlə bağlı olan suallara Selena "Sən ehtirasa, məyusluğa, mübahisəyə öyrəşirsən və düşünürsən ki, bu, sevgidir. Mən də uzun müddət buna inandım. İndi isə əsl münasibət istəyirəm. Bu, asılılığın yer almadığı, mübahisələrin və problemlərin olmadığı bir münasibət olmalıdır" münasibətini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...