Berlində məşhur pivə evi Merkeli qara siyahısına saldı

Berlində məşhur pivə evi Merkeli qara siyahısına saldı

Berlində “Standige Vertretung” pivə evi Almaniya kansleri Angela Merkeli qara siyahıya salıb.

Bu barədə müəssisənin sahibləri Yorn Peter Brinkmann və Jan Filip Bubinger “Facebook”da bildiriblər.

Restoranlar Almaniyada iaşə müəssisələrinin fəaliyyətini qadağan edən karantinin tətbiq edilməsindən qəzəbləniblər.

Onlar Robert Kox İnstitutunun iaşə müəssisələrinin infeksiyaya yoluxmada 3 faizi aşmadığına istinad edirlər.

Brinkmann və Bubinger bildiriblər ki, hökumət tərəfindən heç bir addım atılmadı və həkimlərin indi var gücləri ilə çalışacağı gözlənilən idi.

Sahibkarlar qeyd edib ki, bir çox siyasətçi onların pivə evinin qonağı olub.

Qeyd edək ki, 28 oktyabrda Almaniya kansleri bütün Almaniya üçün sərt tədbirlər və karantin elan edib. Kanslerin qərarına əsasən, 2 noyabrdan etibarən ölkədə restoranlar, barlar, kinoteatrlar və digər əyləncə müəssisələri bağlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...