Ruhi Əliyeva koronavirusa yoluxub

Ruhi Əliyeva koronavirusa yoluxub

İş xanımı Ruhi Əliyeva koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, o, bu barədə instaqram səhifəsində məlumat verib:

"Bütün deyilən qaydalara bacardığım qədər riayət etsəm də təəssüf ki, mən də koronavirusa yoluxdum. Çox şükür, indi daha yaxşıyam, müalicəm ev şəraitində davam edir. Əzizlərim, qızdırma, sümük ağrıları, halsızlıq kimi simptomlar olduğu təqdirdə həkimə gedərək test vermək, müalicələrə başlamaq və məsuliyyətli olmaq mütləqdir. Bəzən koronavirus xəstələri yaşayış yerlərini tərk edərək, başqalarının həyatını da təhlükəyə atırlar. Belə olmaz. Kimsə bu xəstəliyi yüngül keçirirsə, başqası ağır keçirə bilər. Özümüzü fikirləşdiyimiz qədər ətrafımızdakıları da düşünməliyik. Vitaminlərdən, immunitet gücləndirən dərmanlardan, maskadan istifadə mütləqdir. Allah hər kəsin köməyi olsun. Bütün xəstələrə şəfalar diləyirəm. Arzu edirəm bu bəla tezliklə başımızdan sovrular. Özünüzü qoruyun".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...