Tanınmış meyxanaçı bir sutka həbs edildi

Tanınmış meyxanaçı bir sutka həbs edildi
Tanınmış meyxanaçı Aqşin Fatehin adı növbəti qalmaqalda hallanır. Bu haqda “Hürriyyət”ə açıqlama verən Bakı şəhər sakini Rəhimov Vüsal Arzuman oğlu deyir ki, meyxanaçı 20 nəfərlik dəstə ilə işlətdiyi restorana hücum edib, onunla yanaşı, restoranda çalışan xanımlardan birinə xəsarət yetiriblər.

Vüsal Rəhimovun sözlərindən belə məlum olur ki, söhbət Əhməd Rəcəbli küç,1120-də yerləşən, keçmiş adı “By FATEH” olan, indiki “Music hall” restoranına basqından gedir. Şikayətçi deyir ki, həmin restoran onun qohumu, “Kamal” ləqəbli iş adamı Füzuli Alıyevə məxsusdur. Bir neçə ay Aqşin Fateh də restoranın şəriklərindən olsa da, sonradan restoranın gəliri hazırda həbsdə olan F.Alıyevdən gizlədildiyindən, o, Aqşini və üçüncü şəriki olan İlqar adlı keçmiş dostunu ortaqlıqdan uzaqlaşdırıb. Sözügedən qalmaqal da məhz bundan sonra baş verib.

Etibarlı mənbədən "Hürriyyət"ə verilən məlumata görə, Aqşin Fateh Binqədi rayon polis idarəsi tərəfindən həbs edilib. O bir sutka saxlanıldıqdan sonra yenidən buraxılıb.

Məsələylə bağlı ətraflı linkdən oxuya bilərsiniz: (https://hurriyyet.az/az/post/taninmis-meyxanaci-20-neferlik-deste-ile-restorana-hucum-etdi---aqsin-fateh-restoranin-altini-ustune-getirib-emekdaslara-xesaret-yetirib-365608).

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru Anar Qafarov "Hürriyyət"ə bildirib ki, münaqişədə iştirak edən tərəflər Polis Bölməsinə dəvət edilib. Anar Qafarov onu da qeyd edib ki, məsələyə hüquqi qiymət verilməsi üçün toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...