“İnsan öz həyat yoldaşını efirdə göstərməz” - Əməkdar artist

“İnsan öz həyat yoldaşını efirdə göstərməz” -
Əməkdar artist Babək Niftəliyev yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Üzə-düz” proqramına qonaq olan ifaçı həyat yoldaşı ilə efirə çıxan sənət adamlarını qınayıb:

“Sənətçi öz şəxsi həyatını heç vaxt efirdə danışmamalıdır. O, özəl olaraq evdə qalmalıdır. İnsan öz həyat yoldaşını efirdə göstərməz. Mən onlara çox pis baxıram. Olmaz”.

Veriliş zamanı Babək sənətlə şəxsiyyəti üst-üstə düşməyən həmkarlarından da danışıb:

“Elə adam var ki, yaxşı sənətkardır, amma çox pis insandır. Elə deyirsən, bu insana kənardan qulaq asasan, həmin sənətkarla oturub söhbət etməyəsən. Deyirsən, bu ifaçı kimi nə gözəldir, səsi üçün ölürsən. Amma onunla iki kəlmə söz kəsə bilmirsən. Mənim üçün də belələri var, amma onlarla gündəmə gəlmirik. Ürəyimdə saxlayıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...