"Gözəl səsi olanlar yanlış yollara gedir" - Tünzalə Ağayeva
Xalq artisti Tünzalə Ağayeva "Şourum" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, o, proqramda bəzi açıqlamalar verib. Müğənni həmkarı Türkan Vəlizadənin ifaçısını tənqid edib:
"Potensialı olan insanlar yanlış musiqiyə gedir. Mənə deyə bilər, bilmirsiniz, mənim izləyicim bunu istəyir, bazarım bu musiqidədir. Bu səbəbləri hər gün eşidirəm, faciəvi reallıqdır. Sənət əsəri deyilən musiqidən söhbət gedir. Bu, sənət əsəri ola bilməz. Hamı nəsə çəkir TikTok-da məşhur olur. Mətbəxin, hamamın hamamlığı qalmayıb. Hamı nəsə çəkir və məşhur olur. Belə gənclərin başının üstündə yaxşı musiqi prodüseri olmalıdır. Bazarı onlar istiqamətləndirilməlidir. Mən publikanın diqtə etdiyini etməli deyiləm. Onunki musiqi prodüseri deyil, alverçidir. Burger hazırlayır və yeyir. 45 yaşım var, 22 ildir müasir musiqidə töhvəsi və tamaşaçısı olan biriyəm. Gecələr vicdanlı yatıram. Üzülürəm gözəl səsi olanlar yanlış yollara gedir. Elə insanların mənim kimi insana ehtiyacı var, gəlsin".
3815 dəfə oxundu