Məşhur şounun aparıcısı Rusiyanı tərk etdi

Məşhur şounun aparıcısı Rusiyanı tərk etdi
Rusiyada “Oryol i reşka” şousu ilə tanınan teleaparıcı Regina Todorenko Rusiyanı tərk edib.

O, bu barədə “Instagram” hesabında qeyd edib.

Hamilə olan Todorenko etiraf edib ki, ikinci hamiləlik onun üçün asan olmadı, çünki bu, dünyadakı hadisələrlə əlaqəli çətin bir dövrə düşdü. Baliyə gedən aparıcı istirahət üçün yox, iş üçün getdiyini də vurğulayıb.

“Səfər zamanı başa düşürsən ki, xaricdə çəkiliş təkcə iş deyil, həm də qaçmaq, vəziyyəti dəyişmək, səni qorxudan hər şeyi dayandırmaq imkanıdır. Özünüzə vaxt verin və düşüncələrinizi dinləyin”, – deyə o yazıb.

Teleaparıcı İndoneziyada uşaq dünyaya gətirmək barədə də düşünməyə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...