İntim videolarla şantaj olunan 73 yaşlı Xalq artisti: “Biabır olmaq istəmirəm”

İntim videolarla şantaj olunan 73 yaşlı Xalq artisti:
Xalq artisti Kazım Abdullayev onu intim videolarla şantaj edən şəxsdən danışıb.

Gundeminfo.az xəbər verir ki, Oxu.Az-a açıqlama verən K.Abdullayev mövzu ilə bağlı paylaşım etdikdən sonra həmin şəxsin ondan əl çəkdiyini qeyd edib: “Mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bu mövzu ilə bağlı paylaşım etdikdən sonra həmin adam mənə yazdı ki, daha mənim sizlə işim yoxdur. Sözlərini geri götürüb, qaçıb getdi. Tanımıram, kim olduğunu da bilmirəm”.

Aktyor sözügedən görüntülərin montaj olduğunu vurğulayıb: “İndiki zamanda yalandan video düzəltməyə nə var ki? İndi adamsız kino çəkirlər. Montaj olunmuş bir video idi. Mən bu mövzu ilə bağlı paylaşım etməsəydim, onlar məndən əl çəkməyəcəkdilər, evimi də satdıracaqdılar. 73 yaşım var, mən montaj olunmuş videolar ilə biabır olmaq istəmirəm”.

Xalq artisti son olaraq media qurumlarından bu mövzu ilə bağlı onu narahat etməmələrini xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...