Vüqar Əhməd “Turanın xalq şairi” adından imtina etdi - FOTO

Vüqar Əhməd “Turanın xalq şairi” adından imtina etdi -
“Şeir müsabiqəsindən xəbərim yoxdur. Həmin müsabiqədə, eləcə də haqqımda olan Vikipediya məqaləsində adımın qarşısında yazılan “Turanın xalq şairi” fəxri adından da xəbərim yoxdur. Ümumiyyətlə, mən belə bir iddiada da deyiləm”.

Bunu Pravda.az-a açıqlamasında şair Vüqar Əhməd deyib.

“Mənə nə titul lazımdır, nə də ad. Onu yazan şəxs bunu istədiyindən edibsə, sağ olsun, amma başqa məqsədlə edibsə, bunun mənə qətiyyən aidiyyatı yoxdur. Heç vaxt özümə elə status götürmək eşqində olmamışam. Ümumiyyətlə, bu yazılanlardan qəti xəbərim yoxdur. Lazım olan adları versələr, elə mənə bəs edər. Turanın Xalq şairi Xəlil Rza Ulutürkdür. Mənə bu ad kim tərəfindən, niyə, nə vaxt verilib xəbərim yoxdur...” – V.Əhməd qeyd edib.

Qeyd: Elanında ödəniş və hərf səhvləri ilə gündəmə gələn şeir müsabiqəsində V.Əhmədin “Turanın xalq şairi” kimi təqdim edilməsi müzakirələrə səbəb olub. Bu ilin martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının saytında Vüqar Əhmədə “Turan”ın xalq şairi adının verilməsi ilə bağlı məlumat dərc edilib. Bildirilib ki, “Turan” Beynəlxalq Yazıçılar Cəmiyyətinin sədri, akademiyanın prezidenti Heydərbəy Bababəyov Vüqar Əhmədə təbrik məktubu ünvanlayıb. Qeyd edib ki, “türk dünyasının sevilən şairi bu uca fəxri ada Türk ədəbiyyatının, o cümlədən, öz xalqının milli ədəbiyyatının, poeziyasının inkişafındakı böyük xidmətlərinə görə layiq görülür. Təbrik edirik - Turanın xalq şairi!”
Vüqar Əhməd “Turanın xalq şairi” adından imtina etdi -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...