“Atama düşən Prezident təqaüdünü istəyirəm” - Ənvər Həsənovun qızı

“Atama düşən Prezident təqaüdünü istəyirəm” -
“Üç gündə mənə jurnalistlər xeyli dəstək oldu. Mən onların hər birinə öz təşəkkürümü bildirirəm. O ki, qaldı aidiyyəti qurumlara, bu gün Mədəniyyət Nazirliyindən gəlib elə bir gülünc təklif etdilər ki, onu qəbul etmədim. Hələ ki, atama köməklik edilməyib. Nazirlik heç yerdə yalan deməsin ki, nəsə köməklik edir. Bizə heç kim köməklik etmir”.

Bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova Musavat.com-a açıqlamasında bildirib. O, köməkliyi yalnız aidiyyəti qurumlardan istədiyini deyib:

“Yazırlar ki, Ənvər Həsənovun qızı köməklik istəyir, mən insanlardan kömək istəməmişəm. Yəni nə mən, nə də atam o dərəcəyə düşməyib ki, insanlardan köməklik istəyək. Mən sadəcə, atama düşən Prezident təqaüdünü istəyirəm. Həmin təqaüd verilərsə, atam özü-öz xərclərini ödəyər, dərmanlarını alar və heç kəsə də möhtac qalmarıq”.

Xatırladaq ki, ötən gün vəziyyəti ağırlaşan 72 yaşlı Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...