Belarus da BRICS-ə qoşulmaq istəyir

Belarus da BRICS-ə qoşulmaq istəyir
Belarus BRICS məkanında inteqrasiya proseslərinə qoşulmaqda maraqlıdır.

Modern.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə iyulun 29-da Belarus prezidenti Aleksandr Lukaşenko beynəlxalq məsələlər üzrə müşavirədə bildirib.

O qeyd edib ki, Belarus tezliklə Kazanda keçiriləcək BRICS sammitinə dəvət olunub.

Lukaşenkonun sözlərinə görə, "bu ciddi struktur planetin ən qüdrətli dövlətlərini birləşdirir" və Yer kürəsi əhalisinin 40 faizindən çoxunu əhatə edir:

"Biz bu məkanda inteqrasiya proseslərinə qoşulmaqda maraqlıyıq. BRICS bizim onun köməyi ilə tarazlığı və iqtisadi sabitliyi qoruya biləcəyimiz başqa bir sütundur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...