ABB kartlarının təhlükəsizliyinə nəzarət etmir

ABB kartlarının təhlükəsizliyinə nəzarət etmir
“Azərbaycan Beynəlxalq Bankı” Tam Kart satışı zamanı kartın gizliliyinə riayət etmir, təhlükəsizlik qaydalarını gözləmir. Tribunainfo.az xəbər verir ki, bu barədə ABB-dən kart alan müştəri Şahin Bəhramzadə yazıb. O bildirib ki, ona verilən kartın üzərindəki bütün kodları bankın əməkdaşları gördü:

“ABB, siz vətəndaşlara kart təqdim edərkən niyə açıq vəziyyətdə verirsiz və bütün məlumatlar açıq aşkar görsənir? Hətta kartın arxasındakı security 3 rəqəm də görünür. Halbuki onu sizin işçiləriniz də görməməlidir. Qabaq zərfin içində verirdilər. Bu təhlükəli deyilmi?”.

Bankın bir başqa müştərisi Zabil Əliyev də bildirib ki, o da bu problemlə üzləşdiyi üçün kartını bloklayıb:

“ABB mənə kartı təqdim edəndə nəinki açıq şəkildə verdi, üsrəlik əməkdaş kartın kserosürətini də çıxarıb yanına qoydu. Bu səbəbdən kartı bloka atdım”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...