Bayram şənlikləri təxirə salındı – İslam Kərimov müəmması

Bayram şənlikləri təxirə salındı –


Özbəkistan hökuməti dövlət müstəqilliyi ilə bağlı sentyabrın 1-nə planlaşdırılan təntənəli mərasimləri təxirə salıb.

AzVision.az xəbər verir ki, bu barədə BBC-nin Özbəkistan bürosu etibarlı mənbəyə istinadən məlumat yayıb. Qərarın səbəbi hələlik məlum deyil. Lakin bunun ölkə prezidenti İslam Kərimovun sağlıq durumu ilə bağlı ola biləcəyi ehtimal edilir.

Xatırladaq ki, ötən gün “ferqana.ru” saytı 78 yaşlı İslam Kərimovun öldüyü barədə məlumat yayıb. Özbəkistan hakimiyyəti bu xəbəri rəsmən şərh etməyib. Prezidentin qızı Lola Kərimova isə atasının beyninə qan sızdığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...