Ukraynadan gətirilən xarab məhsullar Bakıdakı bu marketdə - FOTO-VİDEO

Ukraynadan gətirilən xarab məhsullar Bakıdakı bu marketdə -


Möhtəkirlər əndazəni aşıb

Eyyub Hüseynov: “Məsuliyyəti satıcı daşıyır”

İstehlakçıların hüquqlarının kobud şəkildə pozulması halları ilə hər gün rastlaşırıq. Ancaq kimisi şikayətlənir, kimisi susur. Bu vəziyyət möhtəkirləri, işbazları daha da həvəsləndirir. Satdıqları məhsulların üzərinə əlavə məbləğ gəlmələri bir yana, satdıqları məhsul da istehlakçıları zəhərləyir və yüz minlərlə insanı özlərindən narazı salır. Kimsə nəsə demək, tapdanmış istehlakçı hüququnu bərpa etmək istəsə, onların bir şüarı var:

“Ölkə başçısı sahibkarlara diqqət və qayğı göstərir. Onlara şərait yaradılması üçün xüsusi tapşırıq verib”. Bəli, dövlət başçısı tapşırıq verib və sizi də himayə edir, amma himayə etmir ki, istehlakçıların hüquqlarını pozasınız?

Ukraynadan gətirilən xarab məhsullar Bakıdakı bu marketdə -


Sözü uzatmadan mətləbə keçmək istərdim. 29 avqust 2016-cı il tarixində axşam saatlarında paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən “Xəzər market”dən “Naş moloçnik” adlı pendir aldım. Düzü, adətim üzrə pendirin qəbzini tələb də etmədim. Evə gəldikdən sonra pendirin bir hissəsinin qabığını soyub bir neçə dilim yedim. Digər hissəsini qabından çıxaranda yediklərim burnumdan gəldi. Pendirin qalan hissəsi, həmçinin altı tamamilə kif idi, çürümüşdü. Kiflənmiş pendirin bir neçə foto şəklini çəkdikdən sonra onun istifadə müddətini axtardım. Kağızında 29.06.16 tarixinə rast gəldim. Lakin məhsulun istifadə müddətinin bitməsi tarixi göstərilməmişdi. Ertəsi gün, yəni avqustun 30-da saat 08:20 radələrində mağazaya yaxınlaşıb həmin firmaya məxsus pendirdən daha birini aldım və qəbz tələb etdim. Qəbzi aldıqdan sonra jurnalist olduğumu söylədim və bu barədə satıcıya bir neçə sual verdim.

Ukraynadan gətirilən xarab məhsullar Bakıdakı bu marketdə -


-Xanım, siz niyə xarab və kiflənmiş məhsul satırsınız?

-Biz məhsulun içinə girməmişik, hardan bilək xarabdı, şirkət gətirib, biz də satırıq.

-Bəs niyə istifadə müddəti keçmiş məhsul satırsınız?

Susur...

-Mən heç nə bilmirəm, satıcıyam. Nə qoyublarsa onu da satıram.

Daha sonra məhsula baxdıqdan sonra mənə bildirdi ki, bu məhsulun istifadə müddəti bitməyib, 29.06.16 tarixində istehsal edilib və 120 gün saxlama müddəti var.

-Əgər istifadə müddəti bitməyibsə, niyə məhsulun saxlanma qaydasına düzgün əməl etmirsiniz və istifadə müddəti bitmədiyi halda kiflənmiş məhsul satırsınız?

Yenə susur...

-Biz məhsulun hamısının qabığın soyub içinə baxmırıq. Şirkət gətirir, biz də satırıq.

-Tələb edirəm, rəhbərliyiniz gəlsin və mən bu barədə məlumat verim və o, bunu araşdırsın!

-Rəhbərliyimiz yoxdur, adını da bilmirəm.

-Mən bununla bağlı aidiyyatı strukturlara müraciət edəcəyəm və bunun araşdırılmasına çalışacam. Əgər bunu başqasının azyaşlı uşağı yeyib zəhərlənibsə, kim cavab verəcək, şirkət yoxsa siz? Şirkət xarab məhsul da istehsal edə və sizə gətirə bilər. Bəs sən niyə xarab məhsul satırsız?

-İstədiyiniz yerə müraciət edin. Bu sizin haqqınızdır. Mən heç nə bilmirəm.

Dərhal bununla bağlı elə hadisə yerindəcə 195-2 çağrı mərkəzinə müraciət etdim. Şikayətimi qeydə aldılar və mənə: “Biz sizin şikayətinizi və iradınızı qəbul edirik və bunu qeydə alırıq. Siz tamamilə haqlısınız, bütün hallarda satıcı şəxs buna məsuliyyət daşıyır. Bu qanunvericilikdə belə öz təsdiqini tapıb”.

Ukraynadan gətirilən xarab məhsullar Bakıdakı bu marketdə -
Ukraynadan gətirilən xarab məhsullar Bakıdakı bu marketdə -


Mağaza vergidən yayınır

Çağrı mərkəzi ilə danışığımız zamanı məndən həmin şirkətin verdiyi qəbzdə yazılmış ünvan, VÖEN kodu tələb olundu. Lakin mənə verilən qəbzdə çağrı mərkəzinin bildirdiyi qaydada mağazanın ünvanı və VÖEN kodu öz əksini tapmamışdı. Bu isə mağazanın mənə verdiyi qəbzin saxta olması deməkdir. Belə nəticəyə gələ bilərik ki, mağaza saxta çek verərək məhsulları kassaya daxil etmir və vergidən yayınır. Hətta çağrı mərkəzinin əməkdaşı da bunu təsdiq etdi. Qaydalara əsasən çekdə ünvan və VÖEN kodunun göstərilməsinin vacib olduğunu, qayda-qanuna uyğun tərtib edilmiş çekdə bunların qeyd edildiyini bildirdi. Bunu da çağrı mərkəzinin əməkdaşı başqa bir bənd kimi qeydə aldı.

Bununla bağlı isə Cebhe.infoya danışan Azad İstehlak Birliyinin sədri Eyyub Hüseynov burada birbaşa mağaza rəhbərini cəzanın gözlədiyini bildirdi:

“Birmənalı şəkildə burada məsuliyyəti satıcı daşıyır. Qanunvericiliyin müvafiq bəndinə əsasən hallar aşkarlandıqda və dövlət strukturları qarşısında məsələ qaldırıldıqda satıcı 1500 AZN cərimə edilir, bundan başqa, çek əgər saxta olarsa, vergidənyayınma halları da baş vermiş olduğu aşkarlanarsa, o zaman da ayrıca sahibkarı, satıcını cəza gözləyir. İstehlakçıların hüquqlarına heç vaxt toxunmaq olmaz. Hər bir kəsin konstitusyon hüquqları toxunulmazdır. Əgər hər hansısa bir sahibkar, hər hansısa bir satıcı istehlakçının hüquqlarına zidd gəlirsə, o zaman adekvat cavabı da dövlət qurumları tərəfindən verilməlidir. Əgər o xarab məhsulu hansısa körpə uşaq yesəydi və səhhətində problemlər yaşansaydı, nə baş verəcəkdi? O zaman bunun qarşısını almaq üçün həmin mağazanın adı və məhsulun adı ictimailəşdirilməlidir və sakinlərə də xəbərdarlıq edilməlidir ki, həmin mağazadakı məhsullardan ehtiyatlı olsunlar”.

Bundan başqa, sözügedən pendir məhsulu “Naş moloçnik”in üzərindəki etiketdə bütün yazılar Azərbaycan dilində yazılsa da əlaqə nömrələri Ukrayna Respublikasına məxsusdur. Zəng edib əlaqə saxlamağa çalışsaq da təəssüflər olsun ki, buna nail ola bilmədik.

Ümidvarıq ki, ölkəmizə Ukraynadan gətirilən “Naş moloçnik”-ə məxsus bu xarab və kiflənmiş “Holland pendiri”nin ölkəmizdə satışına nəzarət gücləndirilər, onun tibbi normativlərə cavab verib verməməsi yenidən ciddi şəkildə yoxlanar.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...