"Qərbdə düşünürlər ki, Rusiya həddindən çox müstəqildir" - Lavrov

"Qərbdə düşünürlər ki, Rusiya həddindən çox müstəqildir" -


Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin nəyə görə Krımı Rusiyanın tərkib hissəsi kimi tanımadığına aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN başçısı Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) tələbələr önündə çıxışı zamanı bildirib ki, Qərbin Krımın Rusiyaya birləşdirilməsini tanıması ilə bağlı heç bir hüquqi problem yoxdur, lakin o bundan öz siyasi məqsədləri üçün istifadə edir.

“Bu vəziyyətdən istifadə etmək üçün siyasi iradə yoxdur, siyasi istək var, hansı ki, bu xətt ABŞ-ın rəhbərliyi ilə Ukrayna böhranına qədər də aparılıb. Bu xətt Rusiyanı kənar saxlamaqdır. Qərbli həmkarlarımızın nöqteyi-nəzərindən Rusiya həddindən çox müstəqillik qazanıb. Onlar hələ anlamayıblar ki, bu hər hansı konyuktur deyil, mövcudluğumuzun bir hissəsidir", - deyə o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...