“Əvvəl asfaltlayaq, sonra qazaq” – FOTOLAR

“Əvvəl asfaltlayaq, sonra qazaq” –


Bakıda yolları əvvəlcə asfaltlayıb, sonra qazmaq ənənəsi bu dəfə də pozulmayıb. Əməkdaşlarımız bu dəfə Badamdar qəsəbəsinə gedən təzə təmirdən çıxmış şosenin yenidən qazılmasını müşahidə ediblər. Ötən il aylarla təmirə bağlanan, əsaslı şəkildə təmir olunan, işıq dirəkləri düzülən yolun asfalt hissəsi dağıdılıb, bir hissəsi bağlanıb. Avtomobillər yalnız bir zolaqla hərəkət etdiyindən, qəsəbədə həm də ucu-bucağı görünməyən tıxac yaranıb.

Virtualaz.org xəbər verir ki, hazırda həmin hissədə asfalt tamamilə qazılaraq su boruları düzülür.

Ötən il təmir səbəbindən uzun tıxaclarla bərabər, xeyli maliyyə sərfinə səbəb olan yolun yenidən qazılması nə üçündür? Yol tikilərkən su borularını yeniləmək olmazdımı?

“Əvvəl asfaltlayaq, sonra qazaq” –


Bu suallarla “Azərsu ASC”yə üz tutsaq da, zənglərimizə cavab tapmadıq.

“Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli həmin yolun həqiqətən ötən ilin ortalarında təmir olunduğunu təsdiqləsə də, yol çəkilişinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığını, bu barədə məlumatlı olmadığını bildirdi.

“Bəli, hazırda Badamdar şosesi yenidən qazılıb. “Azərsu” ASC tərəfindən dövlət proqramına uyğun olaraq su-kanalizasiya sistemi yenilənir”.

“Əvvəl asfaltlayaq, sonra qazaq” –
“Əvvəl asfaltlayaq, sonra qazaq” –
“Əvvəl asfaltlayaq, sonra qazaq” –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...