Özbəklər göz yaşları içində - İslam Kərimovla vidalaşır - VİDEO

Özbəklər göz yaşları içində -


Özbəkistanda mərhum prezident İslam Kərimovla vidalaşmaq üçün minlərlə sakin Səmərqəndə toplaşıb. AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Daşkənddən gətirilən prezident cənazəsi kortejini qarşılamaq üçün hava limanından Səmərqəndə kimi insanlar sıra ilə düzülüb. Göz yaşlarıyla müşayiət olunan kortej Səmərqəndin mərkəzinə - qədim minarələrin olduğu Registan meydanına doğru hərəkət edib. Burada vida mərasimi üçün tabut quraşdırılıb.

Matəm karvanı buradan Şahi-Zinda tarixi qəbiristanlığına yola düşəcək. Burada orta əsr xadimləri, həmçinin İslam Kərimovun valideynləri dəfn olunub. Prezident özü də valideynlərinin yanında dəfn olunacaq. Məlumat üçün bildirək ki, son 20 ildə Şahi-Zindada heç kim dəfn olunmur.


Özbəklər göz yaşları içində -
Özbəklər göz yaşları içində -





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...