Erməni müğənni Aygün Kazımovaya əsəbiləşib - VİDEOLAR

Erməni müğənni Aygün Kazımovaya əsəbiləşib -


Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova Hamburqda keçirilən "Daf Bama Music Awards 2016” beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı xanım sənətçisi" mükafatını alıb.

Axşam.az-ın məlumatına görə, müğənninin mükafatlandırma mərasiminə getməsi ətrafında söz-söhbətlər yaranmışdı. Belə ki, A.Kazımova tədbirdən əvvəl erməni təmsilçisi Siruşo və Andrenin gecədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i oxuyacağını öyrənib. Bu təxribatın qarşısını alan müğənni onların "Sarı gəlin" oxumasına mane olub və səhnədə "Çox sağ ol, Azərbaycan!”, "Çox sağ ol, Qarabağ!” sözlərini deyib. İfaçının erməni təxribatının qarşısını alması Azərbaycanda bir çoxları yalan adlandırıb.

Müğənni Andre erməni mediasına açıqlama verərək, Aygün Kazımovadan bəhs edib və onun mərasimdə etdiklərindən əsəbiləşdiyini bildirib. Andre açıqlamada Azərbaycanın tarixi torpaqlarını Arsax adlandırıb:

"Hər şey mənim məşqlər zamanı oxuduğum "Sarı gəlin" mahnısından sonra başladı. Bilirsiniz ki, bu mahnını azərbaycanlılar özlərininki hesab edir. Onlar məşqimi izlədilər, sırf o mahnını oxudum ki, onun bizə aid olduğunu göstərim. Həmin andan hiss etdim ki, onlar məni izləyir.

Onun (Aygün Kazımovanı nəzərdə tutur - red.) Qarabağa təşəkkür etməsinə gəldikdə isə, gülməlidir. Arsaxda (Qarabağ) onu tanımırlar, onu və onun vətənini qəbul etmirlər. Niyə Qarabağa təşəkkür edir? "Sarı gəlin" onların olmadığı kimi, Qarabağ da onlara aid deyil. Onu məmnuniyyətlə Avropa səhnəsindən təşəkkür etdiyi Arsaxa dəvət edərdim. Beləcə, o, Arsaxın bütün gözəlliyini görəcək. Eyni zamanda Arsax camaatı ona təşəkkür edən qonşu dövlətin xalq artistini tanıyar".

Məsələyə A.Kazımova yenidən münasibət bildirib və erməni müğənninin səhvini düzəldib:

“Əvvəla mən “Çox sağol, Azərbaycan”, “Çox sağol, Qarabağ” deməmişəm. Mən “Çox sağol, mənim Azərbaycanım”, “Çox sağol, mənim Qarabağım” demişəm. Qarabağı ancaq ermənilər özlərinin adlandıra bilərlər. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və qəbul edir. Qarabağ mənimdir, bizimdir. Mən Qarabağ döyüşlərində iştirak edən, ermənilərə atəş açan qadınam. Mən belə haqsızlığıa heç yerdə susa bilməzdim. Yenə olsa, yenə də onların təxribatlarının qarşısını alacağam”.

A.Kazımova həmçinin açıqlamasında erməni müğənni Andreninin yerinə səhvən Siruşo deməsinə də aydınlıq gətirib:

“Orada iki erməni müğənni çıxış etdi. Biri Andre, digəri isə Siruşo idi. Mən elə bilmişəm Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i Siruşo ifa edib. Sən demə, Andre imiş… Mənim üçün fərqli yoxdur onların adı nədir. Mənim üçün onların bir adı var. O da erməni! Əlbəttə, onların arzusunu, istəklərini gözlərində qoyduq. Bu onlara hələ çox yer edəcək”.






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...