İslam Kərimovun yerinə varis tapıldı - Şafkat Mirzayev

İslam Kərimovun yerinə varis tapıldı -


Özbəkistana səfər edən Rusiya prezidenti Putin baş nazir Şafkat Mirzayevlə görüşüb. Gundeminfo.az yazır ki, “Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin baş nazirlə görüşündə bildirib ki, özbək xalqı Rusiyaya ən etibarlı dost kimi arxalana bilər: “Rusiya çox ümid edir ki, prezident İslam Kərimov tərəfindən təməli qoyulan hər şey davam etdiriləcək”.

Putin Səmərqənd səfərinə ilk olaraq mərhum prezidentin məzarına gül dəstəsi qoymaqla başlayıb.

Qeyd edək ki, Putinin Səmərqənd səfərinin məqsədi sadəcə mərhum prezidentin xatirəsini yad etmək kimi dəyərləndirilmir. Belə ki, dünya mediasında Kərimovun ölüm şayiələrinin yayıldığı ilk vaxtlarda da “varis” olaraq adı hallanan əsas şəxslərdən biri məhz baş nazir Mirzəyev olub. Ölkədə kifayət qədər nüfuzu olan Mirzəyevin Putinin dəstəyi ilə prezident postuna keçə biləcəyi də istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...