Referendumda "exit-poll" keçirmək üçün dörd yerli təşkilat müraciət edib - SİYAHI

Referendumda "exit-poll" keçirmək üçün dörd yerli təşkilat müraciət edib -


Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda "exit-poll" keçirmək üçün müraciət edən təşkilatlar bəlli olub.

Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, "exit-poll" keçirmək üçün 4 təşkilat MSK-ya müraciət edib.

Müraciət edən təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Els” Müstəqil Araşdırmalar Mərkəzi və “Rəy” Monitorinq Mərkəzidir.

Qeyd edək ki, referendumda "exit-poll" keçirmək üçün ayrılan müddət sentyabrın 6-dək olan dövrü əhatə edib. MSK sentyabrın 16-dək qərar verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
159 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...