Fələstin lideri Mahmud Abbas da "KQB" agenti çıxdı - ləqəbi "Göstəbək"

 Fələstin lideri Mahmud Abbas da "KQB" agenti çıxdı -

Fələstin lideri Mahmud Abbas ötən əsrin 80-ci illərində "KQB" agenti kimi fəaliyyət göstərib. Rusiya KİV-in məlumatına görə, bu barədə İsrail telekanalına müsahibəsində Yerusəlimdə yerləşən Yəhudi Universitetinin əməkdaşları bildirib.


Universitetin əməkdaşları Qideon Remez və İzabella Qinor məşhur “Mitroxin arxivi”ni tədqiq edəndən sonra bu qənaətə gəliblər. Adıgedən arxiv keçmiş "KQB" əməkdaşı Vasili Mitroxin tərəfindən Böyük Britaniyaya qaçırılmış sənədlər toplusundan ibarətdir. Həmin sənədlərdə "KQB" ilə əməkdaşlıq edən əcnəbi vətəndaşlar arasında 1935-ci ildə Fələstində anadan olmuş Mahmud Abbasın da adı keçir. Mahmud Abbasın Suriyanın paytaxtı Dəməşqdə "KQB" sıralarına cəlb edildiyi bildirilir. Həmin vaxt o, Fələstin Azadlıq Təşkilatının Dəməşqdəki qərargahının əməkdaşı imiş.

Sənəddə o da qeyd olunur ki, Mahmud Abbas “Köstəbək” kod adı ilə fəaliyyət göstərirmiş.(lent.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...