Ramiz Rövşən qızının toyunda hamını kövrəltdi – VİDEO

Ramiz Rövşən qızının toyunda hamını kövrəltdi –


Xəbər verdiyimiz kimi, dünən tanınmış şair, yazıçı Ramiz Rövşənin qızına toy məclisi qurdu. Publika.az-ın xəbərinə görə, övladının toyundu mikrafon qarşısına keçən Ramiz Rövşən duyğusal şeir söyləyib. Şeiri dinləyən məclis iştirakçıları kövrək anlar yaşayıb.

Atalar deyib ki, pul əl çirkidir
Axı hansı ata deyib bu sözü?
Əli dirsəyəcən pula batanmı?
Yastığının altına pulları qat-qat düzüb
Şirin –şirin yatanmı?
Kim deyib, kim?
Mənim tər-təmizdir əllərim atam,
Bircə qəpiksizdir əllərim atam.
Axı bu əllərlə neyliyə billəm?
Nə bir saqqız alıb çeyniyə billəm?
Nə bir gülü bir qıza bağışlamağa
Bu əllər bir şeyə yarıyar ancaq
Yaxşı çəpik çalıb alqışlamağa...
Mənsiz də nə çoxdur çəpik çalanlar
Yatın ciblərimdə, yatın əllərim
Şirin yuxulara batın, əllərim
Yuxuda görün ki, göydən pul yağır
Yağır şax yüzlüklər göydən dən kimi,
Dənləyin o pulları, quşlar dənləyən kimi
Doyun o pullardan, doyun, əllərim.
Öpüb göz üstünə qoyun əllərim.
Qəflətən səksənib qalxın yuxudan
O pullar noldu, noldu, atam?
Şirin yuxulara aldanmaz adam
Gedin əlinizi yuyum, əllərim...

Həmin videonu təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...